Fransada dövlət çevrilişi baş verə bilər – Yelisey sarayında NARAHATLIQ ARTIR

DÜNYA 06 dek 2018, 22:27

Yelisey sarayında və Fransa hökuməti daxilində narahatlıq getdikcə artır – numayişçilər silahlana və dövlət çevrilişinə cəhd göstərə bilərlər.

Demokrat.Az xəbər verir ki, bu barədə cümə axşamı «BFM TV» telkanalı məlumat verib.

Fransa hakimiyyətinin narahatlığı xüsusilə, «sarı jilet»lərin şənbə gününə planlaşdırılmış etiraz aksiyası ilə bağlıdır. Nədən ki, onlar Yelisey sarayına doğru hərəkət edəcəklərini bildiriblər. Hərəkat üzvlərindn biri olan Erik Druenin sözlərinə görə, şənbə gününə təyin olunmuş etiraz aksiyasının məqsədi Yelisey sarayına çatmaqdan ibarətdir. «Biz, Yelisey sarayına qədər getmək isəyirik» – deyə, hərəkatçı bildirib.

Fransa Prezidenti Emmanuel Makronun administrasiyasında narahatlığı gizlətmirlər – nümayişçilər gücə əl ata və üsyana qalxa bilərlər.

«Onlar üsyançılardır. Biz, üsyana cəhdi görürük» – deyə, «Fiqaro» Yelisey sarayındakı adı çəkilməyən nümayəndədən sitat gətirir.

Nəşrin məlumatına görə, xüsusi xidmətlər dövlət başçısı administrasiyasını «nümayişçilərin öldürmək və parlamentarlara, hökumətə, icra hakimiyyətinə və qayda-qanun keşikçilərinə zərbə vurmaq üçün silaha sarılmaq» çağrışları barədə xəbərdar edirlər.

Yerli KİV-lər yazırlar ki, görünür, prezidentin və Baş nazirin baxışları arasında fikir ayrılığı yaranıb. Xüsusilə, belə ehtimallar 2019-cu il üçün yanacağa planlaşdırılmış vergi artımının Makron tərəfindən ləğv edilməsindən sonra səslənməyə başlayıb. Hökumət başçısı isə bundan əvvəl digər ölçü barədə – bu vergilərin artırılmasına yalnız yarım illik moratorium qoyulacağı barədə elan etmişdi.

Bu arada, Baş nazirin iqamətgahında ölkə rəhbərliyi arasında ziddiyyətin olduğu barədə ehtimalları «dağıtmaq» cəhdləri göstərilir. «Biz, Yelisey sarayı ilə sıx əlaqədə işləyirik» – deyə, Mation sarayında qeyd ediblər.

Məlum olduğu kimi, «sarı jilet»lər artıq bir neçə həftədir ki, hökumətin ölkədə benzinin qiymətinin artırılması barədə çıxardığı qərarına qarşı etiraz edirlər. Ancaq bir çox müşahidəçilər qeyd edirlər ki, Fransada miqyaslı nümayişlər – bütövlükdə, əhalinin hökumətin işindən narazı olmasının göstəriçisidir.

Bax, Avropa ilə bizi fərqləndirən əsas davranışlardan biri də budur – orada vətəndaşlar hökumətin atdığı «neqativ addım»lara qarşı çıxa və özünün açıq etirazını ifadə edə bilir. (Azpolitika.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top