AND Hərəkatı Azərbaycanda mətbuat azadlığının vəziyyətinə dair hesabat yaydı

HADİSƏ 29 noy 2018, 18:18
AND hərəkatı Azərbaycandakı siyasi vəziyyəti beynəlxalq təşkilatların diqqətinə çatdırmaq üçün müntəzəm olaraq hesabatlar hazırlayır.

Demokrat.Az xəbər verir ki, həmin hesabatlarda Azərbaycandakı insan haqları və söz azadlığının mövcud durumu təsvir edilir.

Həmçinin periodik olaraq son məlumatlar əlavə edilir.

Hesabatlar azərbaycan və ingilis dillərində hazırlanaraq mətbuata və sosial şəbəkə istifadəçilərinə təqdim edilir.
Azərbaycanda mətbuat azadlığının indiki vəziyyəti ilə bağlı hesabatı AND təşkilatının fəal üzvləri, siyasi aktivistlər Samir Mustafazadə və Rauf Babayev hazırlayıblar.

AND bu hesabatların hazırlanmasında iştirak etmək istəyənləri məmnuniyyətlə bu layihəyə qoşulmağa dəvət edir, eləcə də mövcud durumla əlaqədar fakta əsaslanan operativ informasiyaları qəbul edir.

AND Hərəkatının Hesabatını  (aşağıdakı linkdə) təqdim edirik:
 
https://drive.google.com/file/d/12pKZGWR0vULXIW7RydeQp8-D21k9ELwB/view?fbclid=IwAR1GN8X0AMt6YIY3WOGZQnqdMlPIv7Pl2BLQhu0C1h1ug8l2YN9gBJQjRTs
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top