"Efirlərdə daha betər biabırçılıqlar olur" - Əməkdar artist (VİDEO)

ŞOU-BİZNES 22 noy 2018, 19:11

"Efir üçün heç də darıxmıram. Verilişin bağlanmasına isə o qədər də pis olmadım. Mənim sənətim aktrisalıqdır, aparıcılıq müvvəqqətidir".

 

Bu sözləri Axşam.az-a açıqlamasında əməkdar artist Mehriban Xanlarova deyib. Aktrisa yaxın günlərdə aparıcı kimi yenidən efirə çıxmağı düşünmədiyini söyləyib:

"Deyim ki, verilişin bağlanması məni yandırdı, yox. Məni aparıcı kimi görməyi məsləhət bildilər, mən də niyə etməyim? Heç vaxt demərəm ki, güclü aparıcıyam. Çünki bu işdə məndən güclüləri var. Proqramda necə varamsa, elə olmaq istədim. 

Xarici aparıcılar verilişlərdə necə səmimi, özləri kimi olurlar. Mənim də aparıcılığım o yöndə idi. Mən səhnədə rollarımı da o cür oynayıram. Azəri Vann Dam isə niyə bu qədər qıcıqlandırdı bilmədim. Efirlərdə bundan betər biabırçılıqlar olur. Onlara nəsə deyən yoxdur".

Xanlarova xəyalını qurduğu verilişdən də söz açıb:

"İnsanlar arasında olmağı, xeyriyyəçilik etməyi hər zaman istəmişəm. Mənim istəyim sosial bir proqram aparmaqdır. Əlbəttə, bunu öz maddi gücümlə edə bilmərəm. Amma hansısa vasitəçiliyi, yardımı bacararam. Mənim ruhuma hopan tərz budur".

Qeyd edək ki, M.Xanlarovanın ARB-də yayımlanan verilişi tənqid edilib, bağlanmışdı.

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top