Noyabrın 20-də saat 17:00-da Nizami Kino Mərkəzində “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, tanınmış jurnalist Arif Əliyevin ssenari müəllifi olduğu “Əsgərlər unudulanda ölürlər” adlı sənədli filminin təqdimat mərasimi keçiriləcək.
Demokrat.Az xəbər verir ki, “Əsgərlər unudulanda ölürlər” adlı filmi “Aranfilm” Kino Mərkəzi tərəfindən təqdim ediləcək.
Filmin quruluşçu rejissoru Rövşən Almuradlı, bəstəkarı Vaqif Gərayzadə, quruluşçu operatoru Rafiq Əliyevdir.
1920-ci ildə Rusiyanın Azərbaycanı işğalı zamanı 70-minlik işğalçı qüvvənin qarşısına çıxan 350 nəfərlik Yalama qarnizonunun qəhrəmanlığından bəhs edən film tarixi materiallarla çox zəngindir. Ona orijinal musiqi yazılıb. Mahnıların mətnləri şəhid əsgərlərin son məktublarındakı şeirlərdən tərtib olunub. Çəkilişlər Bakıda, Yalamada, Ankarada, Tiflisdə, Moskvada aparılıb.
Demokrat.Az