Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə razılıq əldə olunub - Həmsədrlər BƏYANAT YAYDI

SİYASƏT 03 noy 2018, 22:43

ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 29-dan noyabrın 2-nə kimi Cənubi Qafqaz regionuna səfərlərinin yekunu ilə bağlı bəyanat yayıblar.


Demokrat.Az xəbər verir ki, bu barədə məlumat ATƏT-in rəsmi saytında yayılıb.


Sənəddə bildirilir ki, onların səfərlərinin əsas məqsədi bu yaxınlarda Düşənbədə keçirilən MDB zirvə görüşü çərçivəsində Azərbaycanla Ermənistan liderləri arasındakı danışıqların nəticələrini müzakirə etmək, sülh prosesində bundan sonra atılacaq addımları müəyyənləşdirmək olub.


Həmsədrlər qeyd ediblər ki, səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev,Ermənistanın baş naziri əvəzi Nikol Pashinanla görüşüblər, Ağdam rayonu ərazisində qoşunların təmas xəttində növbəti monitorinqdə iştirak edib, həmnçinin Kəlbəcər rayonuna baş çəkib, habelə, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK), Qızıl Aypara Cəmiyyəti və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri ilə vəziyyəti müzakirə ediblər.


Həmsədrlər bildiriblər ki, görüşlər zamanı hər iki ölkənin liderləri təmas xəttindəki vəziyyətin xeyli səngidiyini təsdiqləyiblər.


Onların vurğulamasına görə, bu ilin sonuna kimi Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü barədə də razılıq əldə olunub. Həmsədrlər Vyanada ATƏT-in Daimi Şurasına səfərin yekunları barədə məruzə edəcəklər. 


Xatırladaq ki, Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üz-üzə dayanıb. Bu münaqişə 1988-ci ildə başlayıb. 

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top