“Onun Üzeyir Hacıbəyovun işinə qarışması mənim Allahın işinə qarışmağım kimi bir şeydir” - Seyran Səxavət

GÜNDƏM 03 noy 2018, 19:52
“Təklif edirəm ki, sözləri olmayanda bəzi millət vəkilləri boş-boş danışmaqdansa, Gədəbəyin “Slavyanka” suyundan bir qurtum içib sussunlar”
 
 
Milli Məclisinin deputatı Tahir Kərimlinin dünən himnimizlə bağlı səsləndirdiyi fikri cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmayıb. 
 
Yazıçı Seyran Sıxavət Moderator.az-a açıqlamasında bildirdi ki, bir çox millət vəkillərinin sözləri qurtaranda mənasız çıxışlar edirlər:
 
“Artıq bu birinci dəfə deyil ki, Milli Məclisdə belə çıxışlar edirlər. İşsizlikdən, bekarçılıqdan qəribə-qəribə fikirlər səsləndirirlər. Yadıma gəlir ki, bir dəfə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə üçün bir geyim forması fikirləşmişdilər. Sonra bir dəfə məsələ qaldırmışdılar ki, rayonlarımızda da Fəxri xiyabanlar açılsın. Yaddaşımı qurdalasam, buna bənzər xeyli şeylər ortaya çıxarmaq olar. Himnimizlə bağlı birinci dəfə deyil ki, deputatlar müxtəlif təkliflər irəli sürürlər. Tahir Kərimlini tanıyıram və onun bu təklifi mənə o qədər mənasız gəldi ki, təsəvvür edin ki, o mənasızlığın səviyyəsini oxuculara, himnimizi sevənlərə izah etmək üçün belə bir müqayisə aparmaq istəyirəm. Sanki, Azərbaycan Yazıçılar Birliyində çıxış edərək təklif edirəm ki, Tahir Kərimlinin ömrü çox uzandı o, altmış il yaşayıbsa, otuz il bəsidir. (Əlbəttə bu müqayisədir və Tahir müəllimə uzun ömür arzulayıram).  
 
Bu çox ciddi məsələdir. Ümumiyyətlə, Milli Məclisdə bir topa millət vəkilləri var ki, onlar nə danışdığını bilmirlər. Sözlərinin nə əvvəli, nə də ortası, nə də sonu var. Orda deputatlar var ki, illərlə ağzını açıb bir kəlmə söz danışmayıb, ağızlarına su alıb oturublar. Təklif edirəm ki, sözləri olmayanda bəzi millət vəkilləri boş-boş danışmaqdansa, Gədəbəyin “Slavyanka” suyundan bir qurtum içib sussunlar. Boş-boş danışıb insanlarımızın beynini xarab etməsinlər. Tahir Kərimlinin Üzeyir Hacıbəyovun işinə qarışması, Seyran Səxavətin Allahın işinə qarışması kimi bir şeydir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top