Paşinyan işğal altında olan Dağlıq Qarabağa gəldi

GÜNDƏM 02 noy 2018, 10:27

Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ regionuna gəlib.

 

“Report” xəbər verir ki, bu barədə Ermənistanın “Armenpress” dövlət agentliyi məlumat yayıb.

 

Onu Xankəndidə separatçı Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyan qarşılayıb. Səfərin digər təfərrüatları məlum deyil.

 

Bundan əvvəl Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top