Badamdarda sürüşmənin yaratdığı gərginlik davam edir

GÜNDƏM 27 okt 2018, 10:52

Bakının Səbail rayonunun Badamdar sürüşmə sahəsində kiçik hissədə torpaq axıntısı müşahidə olunub.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, sürüşmə zonasında saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.

 

Məlumata görə, sürüşmə sahəsinin bir hissəsində avtomobil yoluna doğru torpaq kütləsində artım qeydə alınıb. Düşən yağıntılar nəticəsində kiçik hissədə torpaq axıntısı müşahidə olunub.


 
Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik olmayıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top