"Dünyaca məşhur "Sofiya" robotunun Azərbaycana gəlişi ölkəmizin inkişafının göstəricisidir" — Deputat

GÜNDƏM 25 okt 2018, 15:42

"Dünyaca məşhur olan "Sofiya" robotunun Azərbaycana gəlişi bir daha onu göstərir ki, Azərbaycan "qara qızılı" insan kapitalına çevirən və dayanıqlı inkişaf prinsiplərinə əməl edərək öz inkişafının yüksək mərhələsinə daxil olmuş dövlətdir". 


Bu fikirləri Demokrat.Az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirib. 


Deputat deyib ki, Azərbaycan yüksək texnologiyaların inkişafına xüsusi diqqət ayıran ölkədir:


"Hazırda Azərbaycanın 3 süni peykinin orbitdə olması və ölkəmizin kosmik dövlətlər siyahısına daxil olması artıq bütün dünyanın qəbul etdiyi həqiqətdir və hamı Azərbaycana bu gözlə baxır. Dünya Azərbaycana BMT Təhlükəsizlik Şurasına sədrlik etmiş və bu qurumun qeyri-daimi üzvü olmuş dövlət kimi baxır. Məsələyə bu məntiqlə yanaşanda, Azərbaycanda belə robotun nümayiş etdirilməsi ölkəmizin yüksək texnologiyalara olan böyük diqqətinin göstəricisidir. Bu həm də Azərbaycanda texnologiyalar sahəsində fundamental tədqiqatların genişlənməsinə, gənclərin bu sahəyə olan həvəsinin artmasına mühim şərait yaradacaq. Hesab edirəm ki, bütün bu cür məsələlər ilk növbədə Azərbaycan gəncliyində bu sahəyə marağı daha artıracaq. Çünki biz elmtutumlu iqtisadiyyatla daha da irəli gedə bilərik. Necə ki, bu gün irəli gedirik".


Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top