Şirvanda narkomanlığa qarşı mübarizəyə həsr olunan tədbir keçirilib — FOTOLAR

MARAQLI 24 okt 2018, 20:43

Bu gün Şirvan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-ci il tarixli 2966 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələri, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na əsasən “Gəlin, gələcəyimizi qoruyaq!” mövzusunda tədbir keçirilib. 


Demokrat.Az xəbər verir ki, tədbirdə Şirvan şəhər Heydər Əliyev Mərkəzin direktoru Aynur Fərzəliyeva, Şirvan şəhər Polis Şöbəsi İctimai Təhlükəsizlik Bölməsinin xidmət üzrə baş inspektoru, polis mayoru Zamiq Kərimov, mərkəzi xəstəxananın baş psixiatoru Kamil Mirzəyev çıxış edərək, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniya barəsində geniş məlumatlar verib, gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu bildirib və hər bir yeniyetmə gənci bütün əqidəsi və iradəsi ilə narkomaniyaya yox deməyə çağırıblar. 

 

Tədbirdə həmçinin şağirdlərin sualları cavablandırılıb, onları narahat edən bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq izahatlar verilib.


Demokrat.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top