Həbib Türkiyədən gələn gözlənilməz jestə cavab verdi

İDMAN 13 okt 2018, 20:58

Las-Veqasda keçirilən UFC 229 turnirində irlandiyalı Konor Makqreqora qalib gələrək bir anda bütün müsəlmanların sevimlisinə çevrilən rusiyalı idmançı Həbib Nurməhəmmədovu İstanbuldan gələn dəvəti qəbul edib.

 

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, rusiyalı döyüşçü oktyabrın 24-də Çempionlar Liqasının 3-cü turu çərçivəsində “Türk Telekom” stadionunda Almaniyanın “Şalke 04” klubu ilə keçiriləcək matçı canlı izləyəcək.

 

Xatırladaq ki, “Qalatasaray” döyüşün keçirilməsindən 2 gün sonra dağıstanlı idmançını “Şalke 04” klubu ilə keçiriləcək matça dəvət etmişdi.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top