Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb.
Demokrat.Az-ın məlumatına görə, səfərdə Farer adaları yığması ilə qarşılaşan Azərbaycan, rəqibi üzərində 3:0 hesablı qalibiyyət əldə edib.
İlk hissəyə minimal üstünlüklə yollanan komandamız, növbəti 45 dəqiqədə iki top vurub.
Qeyd edək ki, millimiz qələbə sayəsində üç turdan sonra turnir cədvəlində 5 xalla II pillədə qərarlaşıb. Turnir cədvəlinin lideri Kosovo yığmasıdır (7 xal).
UEFA MİLLƏTLƏR LİQASI
III TUR
D LİQASI - QRUP 3.
FARER ADALARI 0-3 AZƏRBAYCAN
Qollar: Riçard Almeyda, 28, 86 (pen.); Dmitri Nazarov, 67.
1. Kosovo - 7 xal
2. Azərbaycan - 5 xal
3. Farer adaları - 3 xal
4. Malta - 1 xal
Demokrat.Az