Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yaşıllıqların məhv edilməsinə görə cərimələrin artırılması üçün Nazirlər Kabinetinə müraciət edib.
Demokrat.Az xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev məlumat verib.
O bildirib ki, nazirlik cərimələrin 5 dəfə artırılmasını istəyir:
"Yaxın vaxtlarda qərar barədə mediada məlumat olacaq".
Nazir müavini qeyd edib ki, son 10 ildə "Azərlandşaft" ASC tərəfindən Abşeron yarımadası və magistral yolların kənarında 5.4 milyon ağac əkilib:
"Bu proses davam edəcək. Bakı-Qazax, Ələt-Astara, Bakı-Qusar istiqamətində işlər həyata keçiriləcək".