“Azercell”in 20 il əvvəl vətəndaşın eviniyıxma faktı üzə çıxdı - VİDEO

HADİSƏ 13 sen 2018, 13:57

“Azercell” mobil operator şirkətinin təxminən 20 il əvvəl Bakıda evyıxma vandalizmi, mülkiyyət sahiblərinin vəhşicəsinə döyülməsi ilə nəticələnən qanunsuzluqlarının video kadrları üzə çıxıb.


Demokrat.Az xəbər verir ki, bu faktları Quliyeva Məryəm Arif qızı video müraciətində gündəmə gəlib.


O, çıxışında Bakının Tbilisi prospekti 31/66 məhəllələrində yerləşən 10 sot torpağının və zəhmətlə tikdiyi evinin şumlandığını bildirib.


Vətəndaş müraciətində ərazinin “Azercell” tərəfindən ələ keçirilərək ofis binası tikildiyini qeyd edir.


Ötən 20 ilə yaxın müddətdə M.Quliyevə hüquqi müstəvidə mübarizə aparıb, yüzlərlə müxtəlif ünvanlara müraciətlər edib, iş Avropa Məhkəməsinə qədər gedib. Amma nə buna görə ailəyə kompensasiya ödənilib, nə mənzillə təmin olunublar.


Ardınca mülkiyyət sahibi 1999–cu ilə aid arxiv kadrları göstərir, həyat yoldaşı Qurban Quliyev vəhşicəsinə döyülməsindən danışır, ailə üzvləri zor gücünə evdən çıxarılıb yuvalarının uçurulmasından bəhs edirlər. 


Həmin video materialı təqdim edirik(AzEuroNews.com):

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top