Koronavirusa qəsdən yoluxdurmanın üsulu tapıldı

DÜNYA 02 iyn 2020, 15:31

Çinli alimlər siçanları koronavirusa yoluxdurmağın üsulunu tapıblar.


Demokrat.az xəbər verir ki, bunun üçün alimlər CRISPR/Cas9 texnologiyasından istifadə ediblər.


Qeyd olunur ki, aparılan təcrübələr zamanı angiotenzin fermenti əldə olunub. Bu ferment vasitəsilə SARS-CoV-2 koronavirusu orqanizmə daxil olur.


Mütəxəssislər nəfəs yolları və mədə vasitəsilə siçanları koronavirusa yoluxdura bilib.


Bununla belə, digər hallarda siçanları qəsdən koronavirusa yoluxdurmaq mümkün olmayıb.


Alimlər hesab edir ki, bu üsul COVID-19 infeksiyasına qarşı vaksinin tapılmasına kömək edəcək.(qazet.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top