Milli Şurada növbəti ciddi İSTEFA — "Hamıdan üzr istəyirəm"

SİYASƏT 21 may 2020, 14:38

Hüquqşünas Namizəd Səfərov Milli Şuradan istefa verib.

 

Demokrat.az xəbər verir ki, N.Səfərov bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb. O, istefasına səbəb kimi Milli Şuranın qalmaqallı videolarının yayılmasını göstərib:
“Milli Şuranın nüfuzuna başqaları tərəfindən deyil, özümüz tərəfindən xələl yetirilib. Bir daha qeyd edim ki, baş verənlərlə bağlı dərin təəssüf hissi keçirirəm. Buna görə, həm özüm, həm də bəzi dostlarım tərəfindən siyasi opponentlərimizin ünvanına işlədilmiş yolverilməz ifadələrə görə hamıdan üzr istəmək məcburiyyətində qalıram”.

 

N.Səfərov bütün bunları nəzərə alaraq, yaranmış vəziyyətdə fəaliyyətinin Milli Şura tərkibində davam etdirilməsini qeyri-mümkün hesab edərək istefa qərarı verib.

 

Qeyd edək ki, daha əvvəl Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev və Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin sədri Rafiq Manaflı təşkilatdan istefa verdiklərini açıqlayıblar.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top