Alt paltarında koronaviruslu xəstələri müayinə etdi və cəzalandırıldı — FOTO

DÜNYA 20 may 2020, 18:42

Rusiyanın Tula vilayətində koronavirusa yoluxmuş xəstələrin müalicə aldığı xəstəxanada çalışan gənc tibb bacısının hərəkəti hər kəsi şoka salıb.


Rusiya mətbuatının məlumatına görə, adı açıqlanmayan tibb bacısı sadəcə, alt paltarının üzərindən şəffaf qoruyucu geyim geyinərək, xəstələrə xidmət göstərib.


Hadisə 2 gün öncə baş verib. Tibb bacısının bu hərəkəti həm mətbuatda, həm də sosial şəbəkələrdə tənqid obyektinə çevrilib. Qeyd olunub ki, tibb bacısı xüsusi tələb olunan qoruyucu geyimdən deyil, şəffaf geyimdən istifadə etməklə həm xəstələrin, həm də özünün həyatını təhlükəyə atıb.


Rusiya mətbuatının yazdığına görə, tibb bacısına bu hərəkəti ilə bağlı ciddi xəbərdarlıq edilib. Sorğu-suala tutulan tibb bacısı çox ağır şərtlər altında işlədiklərini bildirib. O, isti havada saatlarla xüsusi qoruyucu libasda olmaqdan bezdiyi üçün bu cür geyindiyini deyərək, üzr istəyib. (Musavat.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top