"İnsan alveri və qanunsuz miqrasiyanın arxasında Əli Kərimli dayanır"

SİYASƏT 19 may 2020, 22:44

İnsan alveri və qanunsuz miqrasiyanın arxasında Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli dayanır. Bu "sensasiyalı" bəyanatı parlamentin bugünkü iclasında hakim Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini Siyavuş Novruzov səsləndirib.


Demokrat.az xəbər verir ki, İnsan alveri üzrə milli əlaqələndiricinin hesabatının müzakirəsi zamanı o bildirib ki, Azərbaycan vətəndaşlarına Avropada qaçqın statusu almaq üçün saxta arayışlar verilməsi ilə Kərimlinin birbaşa əlaqəsi var.


"Almaniya, İtaliya, Fransa polisində bu barədə kifayət qədər sənəd var. Azərbaycan vətəndaşlarının saxta arayışlar vasitəsilə faktiki olaraq Avropaya satılması müəyyən edilib. Hər bir müxalifət partiyasında 150-200 belə insan var. Hesab edirəm ki, milli əlaqələndiricinin hesabatlarında bu məsələlər əksini tapmalıdır", deyə Novruzov bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top