“Bu insan fahişə sözünün kimlərə aid edildiyini bilmir” — Rəsul Quliyev

GÜNDƏM 15 may 2020, 09:43

“Milli Şura adlanılan qurumun iclasının canlı yayıma çıxması həmən mənə göndərildi. Onsuz da bu şuradan ağıllı bir şey gözləmirdin, ancaq bu səviyyədə neqativ səviyyədə olduqlarını düşünmürdüm”.


Demokrat.az xəbər verir ki, bunu eks-spiker Rəsul Quliyev Milli Şuranın virtual iclasının sosial mediada yayılan məlum videosuna münasibət bildirərkən deyib. O, bildirib ki, ən əsası peşəkar jurnalist Qənimət Zahidin “iclas bir başa efirə gedir dediklərinizə fikir verin” çağırışına tanımadığı birisi çox həyasız reaksiya verib:


“Nə üçün həyasız yazıram çünki ondan öncə bu adam ağzı köpüklənə- köpüklənə bir sıra ağlasığmaz biədəb sözlər işlətmişdi. Birincisi qomosoksial birisini kişi ... (fahişəsi) adlandırması və onun arxasınca Hitler nə üçün bunların kökünü kəsib qurtarmadı bağırması və orada oturanların bu sayaqlamanı gülüş ,yəni alqışla qarşılanması mənim bu məsələyə qayıtmaq və nəsə yazmaq həvəsimi sıfıra çatdırdı. (Çox ehtimal bu insan fahişə sözünü kimlərə və nə səbəbdən aid edirlər, onu da bilmir).


Çünki bu cür başı boş, ağıldan kəm adamları heç bir yazı ilə anlatmaq mümkün deyildir. Ancaq bu videodan sonra özünü 2013-ci ildən "prezident" (ən azı 3 ay ona ətrafındakı başdan boşlar cənab prezident deyirdi və o insan necə qürrələnidi), Milli Şuranın "sədri", 2007-ci ildə hökumətin dostu olması da Milli Akademiyaya müxbir üzv seçilməsinə kömək etmədi, buna baxmayaraq özünü ən görkəmli tarixçi professor adlandıran şəxsin yazısını oxudum və bununla əlaqədar yazı yazmamağın mümkünsüzlüyünü anladım. 


Bu adam birdən birə sifətini bozardıb hökumətin bir daha qanunları pozduğunu MŞ-nın gizli iclasının videosunun publik efirə çıxarmasını cinayət adlandırdı.


Birincisi bu yazıq adam soruşsaydı orada iştirak edənlərin hər biri biz iclasın birbaşa efirə getdiyini bilirdik və bunu Qənimət Zahidov da qeyd etmişdi. İkncisi, xəyalında özünü müxtəlif vəzifələr sahibi, görkəmli tarixçi professor sayan şəxs siz kimin kiminlə hansı intim münasibətlə yaşadığını müzakirə etmək üçün qapalı iclas keçirirdiniz, ana müxalifətin işi budur. 


Real və ya Müsavat partiyalarının hansınınsa pulla, hansınınsa pulsuz hökumətə satıldığını elan etmək qapalı iclasın mövzusu olubsa vay bu xalqın halına ki, sizin kimi övladları var. 


Leninin həyat yolu leksiyalarını oxuyan, Sovet ittifaqının ABŞ-dan üstünlüyü barədə əsər yazan, sonralardan M.C.Bağırovu qəhrəman edən, Soyuq mühaibənin Təbrizdən başladığnı (xəstə ağılın məhsuludur) sübut edən şəxsdən bu yazıdan başqa nə gözləmək olardı. Heç nə.


Məni ən çox təəssüfləndirən bu şura adlandırılan yığımda müqayisədə pozitiv təsir bağışlayan Xanımın və E.Quliyevin (oxudum ki, o bu qurumdan aralanıb, təqdirə layiqdir) bu qurumda olmalarıdır. Xanımın hər şeydə qərb belə düşünür, biz də gərək elə düşünməsək də elə deyək ideyası düzgün ideya deyil. Fərqli orientasiyası olan insanlara münasibət normal olmalıdır. Onlara nifrət edən və ya bu barədə çığır-bağır salanlar adətən özlərinin bu qəbildən olmamasına şübhələnən şəxslərdir. Bu barədə mən müzakirə açmaq istəmirəm, ancaq bu mövzuya bir neçə gündən sonra bir daha qayıdacağam. İnsanlar bu professor kimi camaatı aldatmamalıdırlar yalan deyəndə qızarmalı və bir də bunu etməməlidirlər”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top