İbrahimoviç karantinə alınacaq

İDMAN 10 may 2020, 16:50

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç İtaliyaya qayıtmağa hazırlaşır.

 

Demokrat.az-ın məlumatına görə, isveçli forvard sabah ölkəsindən Milana yollanacaq.

 

Koronavirus pandemiyası səbəbindən çempionatda yaranmış fasilədən yararlanaraq "Hammarbü"nün düşərgəsində məşq edən veteran futbolçu İtaliyaya dönən kimi iki həftəlik karantinə alınacaq. Yalnız bu müddətdən sonra "Milan"ın məşqlərinə qoşulacaq.

 
Qeyd edək ki, Zlatan İbrahimoviç bu mövsüm "rossonyerlər"in heyətində 10 oyunda 4 qol vurub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top