Bakıda 47 yaşlı kişi 33 yaşlı qadına köşkdə təcavüz etdi

KRİMİNAL 08 may 2020, 16:56

Bakının Xətai rayonunda qadına işlədiyi köşkdə təcavüz edən 1973-cü il təvəllüdlü Vaqif Məmmədovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Demokrat.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


İş araşdırılması üçün hakim Mahmud Ağalarovun icraatına verilib.


Yaxın günlərdə məhkəmə prosesi başlanacaq


İttihama görə, ötən il sentyabrın 8-də 1987-ci il təvəllüdlü paytaxt sakini L. A. Xətai rayonu, Zığ şossesi yaxınlığındakı bir nömrəli binada yerləşən köşkə işə gələrkən, səhər saat 10-da hücuma məruz qalıb.


Köşkə basqın edən naməlum şəxs qadını bıçaqla hədələyərək onu zorlamaq istəyib. Müqavimətlə rastlaşan cinayətkar fikrini dəyişərək, qadından pul tələb edib.


Kassada olan 650 manatı götürən qarətçi hadisə yerindən uzaqlaşıb.


Polisin keçirdiyi əməliyyat nəticəsində cinayətkar 1973-cü il təvəllüdlü Məmmədov Vaqif Əbdülxalıq oğlu saxlanılıb.


İstintaq orqanı tərəfindən Vaqif Məmmədovun barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham elan edilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top