Ölü bilinən gəncin sağ olduğu ortaya çıxdı — "Ürəyim sıxılmışdı"

DÜNYA 07 may 2020, 15:37

Türkiyənin Adana şəhərində Seyhan Baraj Gölü üzərindəki körpüdə intihar etdiyi düşünülən gənc 3 gün sonra ortaya çıxıb. 


Demokrat.az xəbər verir ki, gecə saatlarında evini tərk edən M.K. adlı gənc yaxınlarına intihar edəcəyi ilə bağlı sms yazdıqdan sonra onunla əlaqə saxlamaq mümkün xəbər alınmayıb.  


Hərəkətə keçən polis gəncin axtarışına başlayıb. Seyhan Baraj Gölünün sahilində axtarış edən polis əməkdaşları körpüdə gəncin işlək vəziyyətdə olan avtomobilini tapıblar.


Avtomobildə edilən axtarış zamanı polis intihar məktubunu tapıb.  


Məktubda yazılıb:


“Ana yaşamaq istədiyi zaman ölmək nə qəribə bir şeydir. Salamat qal iki gözüm.Həyat yoldaşım, ailəm sizi çox sevirəm. Artıq çox yoruldum". 


Buna görə polis, gəncin, körpüdən atlayaraq intihar edə biləcəyindən şübhələnərək hadisə yerinə Sualtı Qrup komandasından dəstək istəyib. Suda axtarış 3 gün davam edib. 


Sonradan gələn xəbər hər kəsi sevindirib. Dalğıclar göldə axtarış apararkən, gəncin  polis bölməsinə gedərək  intihar etmədiyini, borclarına görə ürəyinin sıxıldığını və məktub buraxaraq yoxa çıxdığını söyləyib.(unikal.org)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top