Hansı bölgə avtobuslarında karantinə məhəl qoyulmur? — RƏSMİ AÇIQLAMA

SOSİAL 04 apr 2020, 15:20

“Regionlarımız üzrə Operativ Qərərgahın izolyasiya tədbirlərinin gücləndirilməsinə dair müvafiq tələblərinin vətəndaşlar tərəfindən icrasında bu günə olan statistik mənzərə də ürəkaçan deyil!”


Demokrat.az xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sektor müdiri Nuridə Allahverdiyeva sıxlıq müşahidə olunan avtobuslardakı vəziyyətlə bağlı paylaşımları şərh edərkən bildirib.


O, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Salyan, Tovuz, Qazax və Bərdə üzrə şəhərdaxili və rayondaxili sərnişin sıxlığının hələ də müşahidə edildiyini təəssüf hissi ilə qeyd edib:


Sektor müdiri sıxlığın 95-100 faiz azaldığı bölgələrin də adlarını qeyd edib.


Həmin bölgələr bunlardır:


Lerik, Yardımlı, Siyəzən, Qax, Zaqatala, Balakən, Quba, Qəbələ, İsmayıllı, Qobustan, Xızı, Sabirabad, İmişli, Cəlilabad, Biləsuvar, Xaçmaz, Siyəzən, Ağdam və Hacıqabul.


Qeyd edək ki, sosial şəbəkələrdə avtobuslardakı sıxlıqla bağlı fotolar yayılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top