"Xahiş edirik evlərinizi tərk etməyin" — ÇAĞIRIŞ

GÜNDƏM 01 apr 2020, 20:34

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə koronavirusa yoluxan və xəstəlikdən həyatını itirən şəxslərin sayını açıqlayıb.

 

Demokrat.az-ın xəbərinə görə, Türkiyə Prezidenti bildirib ki, dünən axşama olan məlumata əsasən, ölkədə 13 531 nəfər koronavirusa yoluxub.
 

Onun sözlərinə görə, virusdan ölənlərin sayı 214 nəfərdir.
 

“Vətəndaşlarımızdan mümkün olduğu qədər evlərini tərk etməmələrini xahiş edirəm. Hər bir vətəndaş könüllü karantində qalsa, sərt tədbirlər qəbul etməyimizə ehtiyac qalmaz”, - deyə Ərdoğan qeyd edib.(APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top