Azərbaycanda koronavirusla bağlı qaynar xətt yaradıldı

GÜNDƏM 28 fev 2020, 20:28

TƏBİB-in 24 saat fəaliyyət göstərən qaynar xətti fəaliyyətə başlayıb.

 

Demokrat.az oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib.

 

O qeyd edib ki, qaynar xəttin nömrəsi 1542-dir:

 

“Hər hansı vətəndaş özündə  koronavirusla bağlı şübhə və ya digər əlamətlər hiss edərsə, bu qaynar xətlə əlaqə saxlasınlar”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top