Mehriban Əliyeva: "Xocalı soyqırımı yaddaşlarımızdan heç vaxt silinməyəcək"

GÜNDƏM 26 fev 2020, 00:39

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar paylaşım edib.

 

Demokrat.az-ın xəbərinə görə Birinci vitse-prezident bildirib ki, Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlarımızdan heç vaxt silinməyəcəkdir:

 

"Bu hadisə xalqımızı sarsıtdı, amma iradə və əzmini sındırmadı, bizi bir millət kimi daha sıx birləşdirdi və bu yenilməz birliyimizlə biz haqqın və ədalətin təntənəsinə - Xocalı faciəsinin dünya miqyasında xalqımıza qarşı soyqırımı aktı kimi tanıdılmasına nail oluruq. Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top