Ukraynanın məşhur telekanalları Milli Məclisə seçkilərdən xüsusi reportajlar yaydı — FOTOLAR

GÜNDƏM 09 fev 2020, 16:55

Azərbaycanda keçirilən parlament seçkiləri Ukraynanın televiziya kanalları tərəfindən də işıqlandırılır.


Demokrat.az xəbər verir ki, məşhur 1+1, “Ukrayna” kanalları seçkilər haqqında məlumat yayıb.


Xüsusi reportajlarda tamaşaçılara seçicilərin, namizədlərin, yerli və beynəlxalq müşahidəçilərin sayı barədə məlumat verilib. Namizədlər arasında gənclərin üstünlük təşkil etdiyi vurğulanır, son vaxtlar Azərbaycanda gənclər üçün yaradılmış şəraitdən bəhs olunur.


Diqqətə çatdırılıb ki, Azərbaycanda keçirilən parlament seçkilərinə beynəlxalq təşkilatlar, həmçinin müxtəlif ölkələrin kütləvi informasiya vasitələri böyük maraq göstərirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top