Koronavirusla bağlı yeni xəbər — Geni bu ölkəyə göndərildi

DÜNYA 29 yan 2020, 23:01

Rus və Çin mütəxəssisləri birlikdə bütün dünyanı qorxuya salan koronavirusa qarşı peyvəndlərin hazırlanması üzərində işlərə başlayıblar.


Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin Rusiyadakı səfirliyinin rəsmi saytında məlumat verilib.  


Məlumata görə, virusun genləri artıq Pekindən Moskvaya göndərilib.


Qeyd edək ki, 132 nəfər koronavirus səbəbindən həyatını itirib, 6087 nəfər isə virusa yoluxub. Bunun da 5991 nəfəri Çində qeydə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top