Könül Nurullayeva: "Bir gənc olaraq insanların mənə ümid işığı kimi baxmasından gözəl missiya ola bilməz" — FOTOLAR

GÜNDƏM 26 yan 2020, 15:33

24 saylı Nizami birinci seçki dairəsindən deputatlığa namizəd Könül Nurullayevanın dairə üzrə yaşayan sakinlər ilə növbəti görüşü baş tutub. 


Demokrat.az xəbər verir ki, bu barədə namizəd öz “Facebook” səhifəsi vasitəsilə məlumat yayıb. 


O bildirib ki, Şərifli 100, M.Abbasov 23, K. Balakisiyev 61 və Q.Qarayev 68 ünvanlarında yaşayan binanın sakinləri ilə görüşü olub:  


“Söhbət zamanı hiss etdim ki, insanlarımız parlamentdə yenilik istəyirlər və bu üzdən hər bir yeni sima onlara maraqlı gəlir. Bir gənc olaraq, ağsaqqalların, ağbirçəklərin mənə ümid işığı kimi baxmasından gözəl və şərəfli an, missiya ola bilməz! 


Görüş zamanı vətəndaşlarımızın mövcud problemlərini həssaslıqla dinlədim, hər birinin həll olunması üçün əlimdən gələni əsirgəməyəcəyimi qeyd etdim. Və sonda bu istiqamətdə əl-ələ verib fədakarlıqla, əzmlə birgə çalışmağa səslədim”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top