İradə Gülməmmədova Xırdalanda ödənişli ictimai işlərdə çalışan işçilərlə görüşdü — FOTOLAR

SOSİAL 22 yan 2020, 16:35

Bu gün Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Xırdalan şəhərində  ödənişli ictimai işlərdə çalışan işçilərlə görüşüb.
 

Görüşün məqsədinin ödənişli ictimai işlərin düzgün təşkili və bu sahədə şəffaflığın təmin edilməsi olduğunu bildirən RİH başçısı qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin məşğulluğunun artırılması məqsədilə şəhər və rayonlarda müvəqqəti iş yerləri yaradılıb və işsiz sakinlər ödənişli ictimai işlərə cəlb edilb. Abşeron rayonu üzrə bu məqsədlə 770 yeni iş yerinin yaradıldığını deyən başçı əlavə edib ki, işçilərin ödənişli ictimai işlərə cəlb edilməsi Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinə həvalə edilib. “Rayon ərazisində ödənişli ictimai işlərin düzgün təşkilinə nəzarətin gücləndirilməsi, cəlb edilmiş işçilərin adlarına açılmış əmək haqlarının ödənişi kartlarından kənar adamların istifadəsi hallarına yol verilməməsi və bu sahədə tam şəffaflığın təmin edilməsi məqsədilə belə görüşlər bundan sonra da mütəmadi olaraq təşkil ediləcək” – deyə başçı qeyd edib.


Vətəndaşlarla fərdi qaydada söhbətlər aparan İ.Gülməmmədova onların problemləri, qayğıları ilə maraqlanıb. İşçilərə lazimi göstəriş və tapşırıqlarını verib.


Ödənişli ictimai işlərə cəlb olunan işçilər də rayon ərazisində yeni iş yerlərinin yaradılması  və işlə təmin olunduqları üçün cənab Prezidentə öz təşəkkürlərini bildiriblər.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top