SON DƏQİQƏ! İlkin cinayəti etiraf etdi (YENİLƏNİB)

GÜNDƏM 10 yan 2020, 14:05

Tovuz rayonu Dondar Quşçu kəndində Nərminin qətlində şübhəli bilinən şəxs cinayəti etiraf edib.

 

Demokrat.az news24.az-a istinadla xəbər verir ki, hazırda polis tərəfindən dindirilən İlkinin soyadı Süleymanovdur. O, cinayəti törətdiyini etiraf edib.

 

Onun ciddi psixoloji problemi olduğu bildirilir.  

 

 

 

***

Tovuz rayonunda 10 yaşlı Nərmini oğurlayaraq qətlə yetirib meyitini yandıran şəxs saxlanılıb.

 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin birgə apardığı istintaq nəticəsində cinayəti törədən şəxs müəyyən edilib.

 

O, artıq saxlanılıb. Məlumata görə, həmin şəxs Nərminin qohumu olan bir kişidir.

 

Gün ərzində dövlət qurumlarının məsələ ilə bağlı rəsmi məlumat yayacağı gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top