"Rayonlar ləğv edilməlidir" — "Belə olan halda "çətir" faktlarıyla üz-üzə qalmayacağıq"

GÜNDƏM 21 dek 2019, 15:29

"Bu "çətir" faktının doğru olub-olmamasından asılı olmayaraq deməliyəm ki, ilk olaraq Bakı və Gəncədə olan rayonların mütləq şəkildə ləğvi həyata keçirilməlidir". 


Bunu Demokrat.az-a açıqlamasında “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyin sədri Vüqar Tofiqli bildirib. 


O deyib ki, hazırda Bakıda 12, Gəncədə isə 2 rayon formalaşdırılıb. Bu gün bu rayonların saxlanmasına büdcədən kifayət qədər maliyyə vəsaiti ayrılır, bir birini təkrarlayan çoxsaylı aparat işçiləri və şöbələr yaradılıb:

 

Image result for Vüqar Tofiqli


"İndi paytaxtda meriyanın yaradılması zəruriəti ortaya çıxıb. Bakı Meriyası konkret olaraq yaradılmalı, rayonlar ləğv edilməlidir. İlkin olaraq keçid dövrü üçün RİH-lərin səlahiyyəti BŞİH verilməli və başçının müavinlərinin sayı üçdən beşə artırılmalıdır. Sonradan artıq Bakı böyük şəhər bələdiyyəsinə seçkilərin keçirilməsi məqsəduyğun sayılmalıdır. Məhz belə olan halda "çətir" və ya digər "çətirlər" faktlarıyla üz-üzə qalmayacağıq və həm də büdcə vəsaitlərinə kifayət qədər qənaət etmiş olacağıq".


Zaur Hacılı
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top