Türkiyədə mikroavtobus qəzaya uğradı – 17 yaralı var

DÜNYA 30 noy 2019, 20:31

Türkiyənin Eskişehir şəhərində sərnişin mikroavtobusu ilə yük avtomobilinin toqquşması nəticəsində xeyli yaralı var.

 

Demokrat.az Sputnik Azərbaycan-a istinadən bildirir ki,  Eskişehirdə "Bursaspor" futbol klubunun azərkeşlərini daşıyan mikroavtobusun yük avtomobili ilə toqquşması nəticəsində 17 nəfər yaralanıb.

 

Sərnişin mikroavtobusu Eskişehir-Ankara yolunun 10 kilometrliyində yük maşını ilə toqquşub.

 

Qəzada yaralanan 17 nəfər xəstəxanalara aparılıb. Onların həyati təhlükəsi yoxdur.

 

Qəzada yaralanan 17 nəfər "Bursaspor"un bu gün "Adanaspor" ilə oynayacağı oyuna gedirmiş.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top