Almaniyada “Alumniportal Aserbaidschan” onlayn platformasının təqdimatı oldu – FOTOLAR

SİYASƏT 23 noy 2019, 21:14

Bu gün Almaniyanın Köln şəhərində “Alumniportal Aserbaidschan” onlayn platformasının təşkilatçılığı və Beynəlxalq dini və mədəni-akademik mərkəzin dəstəyi ilə elmi forum baş tutub.

 

Demokrat.az xəbər verir ki, öncə “Alumniportal Aserbaidschan” layihəsinin təsisçiləri Samir Həsənov və Asif Məsimov onlayn platformanın təqdimatını edərək və azərbaycanlıların Almaniyadakı diaspora fəaliyyəti, istiqamətləri və tətbiq sahələri, həmçinin ümumi strategiyanın inkişafı üçün məruzə ilə çıxış ediblər. Almaniyanın fərqli əyalətlərindən 40 nəfərədək iştirakçılara onlayn platformanın fəaliyyəti, nəticələri və gələcək məqsədləri haqqında məlumat verilib.


Daha sonra Vikipediya mütəxəssisi Matti Blume məruzə ilə çıxış etdi. O, öz çıxışında tədbir iştirakçılarını Vikipediyanın  struktur, davranış qaydaları və onlayn ensiklopediyanın müsbət cəhətləri haqqında məlumatlandırdı. Məruzənin əsas hissəsidə informasiya müharibəsində vikipediya üzərindən təsir imkanlarına geniş yer ayrılıb.


Sonuncu məruzəçi Dr. Yohannes Henrih öz çıxışında Almaniyada fəaliyyətin göstərən Azərbaycan Diasporunun uğurlu nəticələrinin əldə edilməsi üçün rasional və uzunmüddətli strategiyanın formalaşmasının zəruriliyini vurğuladı. 


Bütün məruzələr qarşılığlı fikir mübadiləsi formatında davam etdi və yerdən bir sıra maraqlı təkliflər irəli sürüldü. Eyni zamanda, qeyd etmək lazımdır ki, tədbirin sonunda “Alumniportal Aserbaidschan” onlayn platformanın gələcək işləri üçün konkret fikirlər səsləndirildi. Tədbir iştirakçıları razılaşdılar ki, gələcək işlərin keyfiyyətli fəaliyyəti üçün azərbaycanlılar virtual aləmdə şəbəkələşməli və mütamadi olaraq fikir mübadiləsi aparmalıdırlar. 

 

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top