“TANAP”-ın çəkilişi heç də asan başa gəlməyib”

İQTİSADİYYAT 18 noy 2019, 13:44

Vahid Əhmədov: “Prezident İlham Əliyev bütün təzyiqlərə baxmayaraq, bu layihəni uğurla başa çatdırdı”

 

Məlum olduğu kimi, Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsi başa çatıb. Bununla bağlı noyabrın 30-da təşkil edilcək tədbirdə Azərbaycan və Türkiyə prezidentlərini də iştirakı gözlənmilir.

 

TANAP-ın fəaliyyətə başlaması ölkə iqtisadiyyatına nə vəd edir? Azərbaycan bu layihədən hansı faydalar əldə edəcək?

 

Demokrat.az bildirir ki, Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov bunun ölkəmiz üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb:

 

“Bu layihə çox əhəmiyyətli bir layihədir. Uzun müddərdir ki, bu layihənin həyata keçməsi üçün dövlət başçımız İlham Əliyev çox ciddi fəaliyyət göstərir. Bütün təzyiq və təhdidlərə baxmayaraq, qazın Türkiyə vasitəsi ilə Avropa bazarına çıxarılması üçün bu layihədən istifadə olundu. Bu qaz kəmərinin çəkilişi asan başa gəlməyib.

 

Bu, bizim üçün həm iqtisadi, həm də siaysi baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu kəmər vasitəsi ilə ildə 30 milyard kubmetrə qədər qaz ixrac ediləcək. Azərbaycan bundan əlavə gəlirlər əldə edəcək. Azərbaycan iqtsiadiyyatının inkiaşfında bu vəsaitlərdən istifadə edəcək.

 

Bundan başqa, bu, siyasi baxımdan da böyük əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın müstəqilliyinin qorunub  saxlanılması baxımından da əhəmiyyətlidir. Çünki iri dövlətlər, iri şirkətlər Azərbaycana sərmayə qoyurlar, ölkəmizdə sabitliyin olduğunu bilirlər. Bu sərmayənin qorunması üçün həmin iri dövləltər də ölkəmizdə sabitliyin qorunmasında maraqlı olacaqlar. Bu, layihə bizim üçün hər baxımdan əhəmiyyətlidir”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top