Gürcüstan müxalifəti parlamenti tam bloklayıb - FOTO

DÜNYA 17 noy 2019, 21:32

Tbilisidə davam edən kütləvi etiraz aksiyasında parlament binasının bloklanmasına başlanılıb.

 

Demokrat.az xəbər verir ki, "Report"un Gürcüstan bürosu xəbər verir ki, parlamentin bütün darvazaları qıfıllanmaqla yanaşı, binaya giriş qapılarının qarşısında çadırlar qurulub.

 

Aksiyaçılar bildiriblər ki, heç bir deputat qanunverici orqana buraxılmayacaq.

 

Parlament binasının bloklanmasını şərh edən vitse-spiker Gia Volski bunun qanuna və dövlətin maraqlarına zidd olduğunu deyib: "Buna yol verilməməlidir və bu, cəmiyyətin tələbidir".

 

G.Volski müxalifətin tələblərini Konstitusiyaya zidd adlandırıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top