Əli Kərimli “yurdçu”ları Əli İnsanova qarşı qaldırdı

SİYASƏT 14 noy 2019, 16:10

Sabiq səhiyyə naziri Əli İnsanovun Müsavat Partiyasının qərargahında keçirilən son dəyirmi masaya dəvət edilməsi Əli Kərimlinin rəhbərlik etdiyi “Yurd” təşkilatında etirazlara səbəb olub. 

 

Artıq üzvlər öz etirazlarını açıq şəkildə sosial şəbəkələrdə bildirirlər.

 

Demokrat.az xəbər verir ki, “Yurd” üzvü Fatimə Mövlamlı “Facebook” hesabında Əli İnsanovu adi üzv kimi mitinqlərə çağırıb.

 

“Hamının öz fikir var. Mən Əli İnsanovu sevməyə və ya dəstəkləməyə məcbur deyiləm. Peşman olub? Əla. Gəlsin adi üzv kimi mitinqlərdə iştirak etsin. Onun yaşında xeyli vətəndaş var ki, bunu edir. Amma dəyirmi masada oturub məsləhət verəcək bri kimi görmürəm bu şəxsi. Layiq bilmirəm. Bir gənc kimi 3 ildir siyasi mövqeyimə görə başıma gəlməyən qalmayıb. Əli İnsanov bu hakimiyətin sütünlarından olub”,- deyə F.Mövlamlı yazıb. (Cebhe.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top