Oqtay Əsədov deputatlara xəbərdarlıq etdi: “Çıxış üçün 5 dəqiqə vaxt nəzərdə tutulub”

GÜNDƏM 13 noy 2019, 13:37

Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deputatlara xəbərdarlıq edib.

 

Demokrat.az-ın xəbərinə görə, iclasda çıxış üçün 5 dəqiqəlik limitin olduğunu xatırladan spiker, deputatlara bunu nəzərə almalarını tövsiyə edib.
 

“Hörmətli millət vəkilləri! Bilirsiniz ki, çıxış üçün 5 dəqiqə vaxt nəzərdə tutulub. Sözünüz, cümləniz yarımçıq qalanda yaxşı çıxmır. Ona görə də xahiş olunur, 5 dəqiqəyə riayət edək”- deyə O.Əsədov vurğulayıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top