Tanınmış hüquqşünasdan Prezident Administrasiyası ilə bağlı TƏKLİF

GÜNDƏM 02 noy 2019, 14:44

“Azərbaycan Respublikası Prezidentinin Prezident Administrasiyasının rəhbəri olaraq Amerika təhsilli, beynəlxalq təşkilatda iş təcrübəsi olan, gənc kadrın təyin olunması istənilən halda kadr islahatında irəliyə atılmış addım kimi dəyərləndirlir. Kadr siyasəti sahəsində müsbət məqam olaraq professional gənc kadrların irəli çəkilməsi həyata keçirilən islahatların mahiyyətinə uyğunluğunu da qeyd etmək lazımdır”.


Bu fikirləri Demokrat.az-a açıqlamasında “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri, tanınmıç hüquqşünas Ramil İskəndərli Prezident İlham Əliyev tərəfindən həyata keçirilən son kadr islahatları ilə bağlı danışarkən bildirib. 


Təşkilat rəhbəri qeyd edib ki, islahatlar zamanı nəinki fərdi kadrların irəli çəkilməsi, ümumiyyətlə bu və ya digər orqanların restrukturizasıyası da zəmanəmizin tələblərinə uyğun dəyişdirilməli və təkmilləşdirilməlidir:


"Ona görə də düşünürəm ki, Prezident Administrasiyasında aparılan kadr islahatları bu qurumun restrukturizasiya ilə müşaiyət olunmalıdır. Belə ki, yeni təyin olunmuş gənc, enerjili, yeni təfəkkürlü kadrların köhnə strukturdan qalan kadrlarla iş birliyinin qurulması prosesisinin problemsiz həyata keçməsini proqnozlaşdırmaq çətindir. Bunu nəzərə alaraq, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi tərəfindən bir sıra dəyişikliklər təklif olunur".

 

Image result for hüquqşünas Ramil isgəndərli


Hüquqşünas deyib ki, sözügedən təkliflər aşağıdakı kimidir:


— Prezident Administrasiyasının hüquqi forma, status, funksiya və mahiyyətinə görə Administrasiya olaraq deyil, Prezident Dəxtərxanası olaraq fəaliyyət göstərməsi daha məqsdəuyğundur. 


— Prezidentin Dəxtərxanası funksiyasının yerinə yetirən orqanların xarici ölkələrdə fəaliyyəti təcrübəsi müqayisəli şəkildə öyrənilməli və Azərbaycan kontekstində lokalizasiyası perspektivi araşdırılmalıdır.


— Prezident Adminsitrasiyasının Prezident Dəxtərxanası ilə dəyişdirilməsinin mahiyyəti əsas etibarilə onun digər orqanlar üzərində nəzarət funksiyasının, Prezidentlə həmin orqanlar arasında münasibətlərin koordinasiyası funksiyası ilə əvəz edilməsidir. 

Eyni zamanda Dəftərxananın əsas mahiyyəti məhz Prezidentin gündəlik iş qrafiki ilə bağlı ona yardımçı funksiyasının göstərilməsi ilə bağlı olmalıdır. 


Elçin Rizvanoğlu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top