Yadigar Sadıqlı da icazəsiz 2 noyabr aksiyasının təxirə salınmasını dəstəklədi — FOTO

GÜNDƏM 31 okt 2019, 17:43

Milli Şuranın sədri Cəmil Həsənlinin ardından Müsavat Partiyasında başqanlığa namizəd olmuş Yadigar Sadıqlı da  icazəsiz 2 noyabr aksiyasının təxirə düşməsi təklifi ilə çıxış edib.

 

Demokrat.az xəbər verir ki, Y. Sadıqlı fikirlərini bu cür əsaslandırmağa çalışıb:

 

"Hörmətli Cəmil Həsənli 2 noyabr mitinqini təxirə salmağı təklif edib. Zənnimcə,doğru addımdır. Ümumiyyətlə, mitinqin belə erkən vaxta təyin olunması tələsik və o qədər də uğurlu olmayan addım idi. Əgər yaxın perspektivdə hakimiyyəti devirmək ehtimalı yoxdursa, tez-tez qarşıdurmalara getmək rasional deyil. 19 oktyabr mitinqi uğurlu alındı, bir müddət onun verdiyi üstünlüklərdən istifadə etmək lazımdır. Xüsusən də işgəncələr əleyhinə ciddi kampaniyaya başlamaq zəruridir. Təəssüf ki, bu kampaniya arzuolunan səviyyədə deyil. Mənim irəli sürdüyüm təkliflərdən də istifadə olunmadı.Bir şeyi anlamaq lazımdır ki, Əliyev hakimiyyətinin xeyli dostları var, avtoritarizmə, seçkilərin saxtalaşdırmasına min bir bəhanə ilə haqq qazandırırlar. Amma işgəncələrə heç kim və heç bir əsasla haqq qazandırmağa risk belə etməz. Bundan maksimum yararlanmaq lazımdır".

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top