6,6 bal gücündə zəlzələ oldu

DÜNYA 29 okt 2019, 09:49

Oktyabrın 29-da Filippində təqribən 1 saat 40 dəqiqə ərzində dörd silsilə zəlzələ baş verib.

Demokrat.az gtz.potsdam saytına istinadla xəbər verir ki, 6,6 bal gücündə birinci zəlzələ dünya vaxtı ilə saat 1:04 radələrində baş varib. Yeraltı təkanların episentri Kisante rayonundan 10 kilometr məsafədə, ocağı 15 kilometr dərinlikdə yerləşib.

Bundan 24 dəqiqə sonra 5,1 bal gücündə ikinci, dünya vaxtı ilə saat 2:20-də 4,8 bal gücündə üçüncü, saat 2:42 dəqiqədə isə 5,8 bal gücündə dördüncü zəlzələ qeydə alınıb.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top