"Deputatların neçə yaşının olması niyə jurnalistləri maraqlandırır?" – 74 yaşlı Eldar İbrahimov

GÜNDƏM 27 okt 2019, 17:51

"Hələ bir il var, vaxt yaxınlaşanda gedib və ya qalacağımız barədə açıqlama verəcəyik".


Demokrat.az xəbər verir ki, bunu  Milli Məclisin (MM)  Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov “Azvision.az”-a açıqlamasında deyib.


O bildirib ki, parlamentdə yaş senzi yoxdur. Bu mənada kimin deputat seçilib-seçilməməsi vətəndaşlardan asılı olan məsələdir.


“Burada kim sağlamdırsa, kim işini bilirsə, o da işləyir. Kadr islahatlarının keçirilməsinin tərəfdarıyam. Amma seçkilərə hələ bir il var. Seçkiyə qədər kim yaşaya, kim qala… Tələsmək lazım deyil. Deputatların neçə yaşının olması niyə jurnalistləri maraqlandırır? Əksəriyyət bu sualı verir. Bu məsələ müzakirə mövzusu deyil. Hələ bir il var, vaxt yaxınlaşanda gedib və ya qalacağımız barədə açıqlama verəcəyik” – deyə, komitə sədri vurğulayıb.

 

Qeyd edək ki, Eldar İbrahimov I, II, III, IV, V çağırış MM-in deputatıdır. Hazırda onun 74 yaşı var.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top