Rusiya Ermənistana etiraz notası ünvanlayıb

DÜNYA 24 okt 2019, 09:10

Rusiya silah tədarükü tenderinin pozulması ilə bağlı Ermənistana nota verib.

 

“RİA Novosti” xəbər verir ki, nota oktyabrın 22-si hazırlanıb və Ermənistanın müdafiə naziri David Tonoyana ünvanlanıb.

 

Sənəddə bildirilir ki, ORSIS şirkətinin silah tədarükü tenderində iştirakı səbəbsiz rədd edilib.

 

Söhbət bir neçə milyon dollarlıq silah tədarükündən gedir. Rusiya tərəfi D.Tonoyandan məsələni araşdırmağı xahiş edib.

 

Qeyd olunur ki, nota artıq Xarici İşlər Nazirliyinə daxil olub və yaxın zamanda diplomatik kanallar vasitəsi ilə Ermənistan tərəfinə veriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top