AMEA prezidenti istefa verdiyini açıqladı — Demokrat.az-ın xəbəri TƏSDİQLƏNDİ

GÜNDƏM 23 okt 2019, 10:27

"İstefa ərizəmi təqdim etməyimlə bağlı xəbər doğrudur". 

 

Demokrat.az bildirir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib. O qeyd edib ki, səhhəti ilə əlaqədar istefa vermək qərarına gəlib: "Bu gün saat 11:00-da Rəyasət Heyətində AMEA-nın Ümumi yığıncağı olacaq və Akademiyaya yeni prezident seçkiləri keçiriləcək. Güman edirəm ki, mənim də ərizəm qəbul olunacaq". 

 

Bununla, Demokrat.az-ın ötən gün akademiya prezidentinin ərizə yazaraq vəzifəsindən istefa verməsi ilə bağlı xəbəri öz təsdiqini tapıb.

 

Xatırladaq ki, ötən gün qocaman AMEA prezidentinin istefa xəbərini mətbuatın gündəminə ilk olaraq Demokrat.az gətirmişdi. 

 

Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top