Pərvin Abıyeva ərə gedir – Bəyin görüntüləri (VİDEO)

ŞOU-BİZNES 11 okt 2019, 23:18

Aktrisa Pərvin Abıyeva ailə qurmağa hazırlaşır. 


Demokrat.az xəbər verir ki, o, sevgilisi ilə birgə  "Show News" verilişinin kameralarına tuş gəlib.

 

Kameraları gördükdə çəkilişi dayandırmağı tələb etsə də, sonradan sevgilisindən danışıb: 

 

"İllərdir tanıdığım bir insandır. Diqqətini, sevgisini, qayğısını sevirəm. Çox qısqanc biridir. Uzun illər tanımağıma baxmayaraq nə dost olmuşuq, nə də yaxın münasibətimiz olub. Sadəcə bir dəfə dost məclisində qarşılaşdıq, daha sonra münasibətimiz başladı. Məni illərdir ki, gözləyirmiş. Dedim, bəs mənim niyə xəbərim yoxdur?  Baxın, baxın, bir də məni belə görməyəcəksiniz”.

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top