“Maşın”da əlini çəkən məşhurdan 50 min alacaqlar - Əsas şərt

ŞOU-BİZNES 01 okt 2019, 11:55

Bu gün ATV kanalında reytinqli “Maşın” realiti şousu start götürəcək. Ölkənin 18 tanınmış siması avtomobil uğrunda mübarizə aparacaq.  

Demokrat.az-ın Qafqazinfo-ya istinadən məlumata görə, iştirakçılarla layihəni ərsəyə gətirən “MG Production”la bağlanan müqavilə şərtlərində yenilik olub. Belə ki, proqramda öz istəyi ilə avtomobildən əlini çəkən tanınmış sima cərimələnəcək. 

Müqavilədə qeyd olunduğu ki, həmin şəxs şou rəhbərliyinə 50 min manat ödəniş edəcək.

Qeyd edək ki, səs-küylü müsabiqədə Xalq artistləri Bilal Əliyev, Fatma Mahmudova, müğənnilər Kərim Abbasov, Ayan Babakişiyeva, Aysun İsmayılova, Fuad Musayev, Aşıq Namiq Fərhadoğlu, bloqqer Rəsul Abbasov, aparıcılar Suna Kasımoğlu, Lalə Mustafayeva və başqaları iştirak edəcəklər. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top