“İrəvanın havadarlıq elədiyi qüvvələrin təhdidləri ilə üzləşirik” — Tural Gəncəliyev

SİYASƏT 25 sen 2019, 21:32

“Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın rəhbəri Tural Gəncəliyev sentyabrın 18-də Üzeyir Hacıbəylinin həyatı haqqında ingilis dilində hazırlanmış videoçarxın nümayiş olunmasından sonra ermənilər tərəfindən təhdidlərə məruz qalıb.


Demokrat.az xəbər verir ki, bu barədə Tural Gəncəliyev “Qarabağın Harayı” adlı ədəbi-bədii tədbirdə çıxışı zamanı deyib.


O bildirib ki, icma tərəfindən hazırlanan həmin videoçarx erməniləri qıcıqlandırıb: 


“Onlar mənə təhdid dolu şərhlər yazırlar. Hər gün İrəvanın havadarlıq elədiyi qüvvələrin təhdidləri ilə üzləşirik. Amma biz informasiya müharibəsində var gücümüzlə çalışırıq. Bu işləri Qarabağda qələbə ilə yekunlaşdıracağıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top