“Narahatçılıq yox, bizim üçün hər hansı problem ola bilər” — Qurban Qurbanov

“Həqiqətən vacib oyuna çıxırıq. Rəqiblə bağlı diqqətli olmalıyıq”.

APA-nın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubu Çempionlar Liqasının III təsnifat mərhələsində Kiprin APOEL klubu ilə qarşılaşacaq. Sabah Bakıda baş tutacaq cavab oyunu öncəsi mətbuat konfransı keçirən Q.Qurbanov bildirib ki, rəqibin baş məşqçisi dəyişdiyindən diqqətli olmalıdırlar: “Futbolçularımıza lazımı qədər məlumat vermişik. Sabah yaxşı oyun, yaxşı nəticəylə sizləri sevindirməliyik. Narahatçılıq mütləq var. Xüsusilə baş məşqçi dəyişəndə, məndə narahatçılıq var. Çünki ilk oyuna fərqli hazırlaşmışdıq. Amma rəqibin futbolçuları eyni olsa da, indi tam fərqli hazırlıq olub. Bu, ilk dəfə deyil. Əvvəllər də belə hallar olur. İşimizin faydası olacaq. Çünki meydanda çox düşünməli, diqqətli olmalıyıq. Narahatçılıq yox, bizim üçün hər hansı problem ola bilər”.

Qeyd edək ki, ilk matçda 2:1 hesabı ilə qalib gələn “Qarabağ” ikinci matçına Tofiq Bəhrəmov adına stadionda çıxıacaq. APOEL-lə qarşılaşma saat 20:30-da başlayacaq.

12 Avqust 2019, 19:59   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß