Xalq artisti zəncirvari qəzaya düşdü - FOTOLAR

HADİSƏ 07 avq 2019, 09:45

Tovuzda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

 

Demokrat.az APA-ya istinadən xəbər verir ki, avtoqəza Heydər Əliyev prospekti ilə Mərdan Musayev küçəsinin kəsişməsində qeydə alınıb.

 

Bildirilir ki, yol qəzası zamanı "Chery Tiggo", "Mercedes Vito" və "VAZ 2107" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.

 

Yol qəzasının səbəbləri hazırda polis tərəfindən araşdırılır.

 

Qeyd edək ki, "Chery" markalı avtomobili xalq artisti, aktyor Əjdər Həmidov idarə edirmiş.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top