"Öz sahəsində uğur qazana bilmirlər, tarixə girişirlər" - Tarixçi-alim Fazil Mustafaya söz atdı

GÜNDƏM 19 iyl 2019, 23:11

Millət vəkili Fazil Mustafanın Şah İsmayıl Xətai əleyhinə fikirləri cəmiyyətdə birmənalı qarşılanmamaqdadır.

 

Demokrat.az xəbər verir ki, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli, deputatın Xətai haqqında düşüncələrindən sonra ona cavab verib. Hətta tarixçi bəzi məqamlarda çox kəskin olmaqdan da çəkiməyib: 

 

"Fazil Mustafa yenə öz ənənəsinə sadiq qalaraq Şah İsmayıl Xətainin üzərinə yeridi. Bu dəfə daha da irəli gedərək Əbülfəz Elçibəyi də aşağıladı. Bu adamda qəribə streotiplər formalaşıbdır. Kim onun dediklərin tənqid edirsə, daha da qızışır və ağlına gələnləri mətbuata açıqlayır. Əslində bu dəfəki çıxışılarında təmsil olunduğu iqtidarın da xəttinə qarşı gedibdir. Çünki bu iqtidarın əsas simalarından olan Ramiz Mehdiyev Şah İsmayıl Xətaiyə iki monoqrafiya həsr edibdir və bu monoqrafiyalarda yazıbdır ki, Şah İsmayıl Xətainin başçılığı ilə yaranan Azərbaycan Səfəvilər dövləti bizim şərəf tariximiz, müstəqil dövlətçiliyimizin söykəndiyi əsas bazadır. Bu adam bu dövlət rəhbərlərini separatizmdə ittiham etmişdir. Yazır ki, “əks halda Şah İsmayıl” ordenini separatçılara vermək lazım olcaqdır”. Ondan qabaq isə daha da irəli gedir. Yazır ki, “bu ordeni ümumiyyətlə ləğv etmək lazımdır”. Sən bir iddiaya bax!!! Belə çıxır ki, Əbülfəz Elçibəy verdiyi sərəncamın fərqində deyilmiş və separatçının adına fərman təqdim etmişdir. Bu cür ifadələr vaxtilə yüksək vəzifədə təmsil olunduğu bir hakimiyyətə, onun rəhbəri Əbülfəz Elçibəyə sayğısılıq deyilmi? Yazır ki, “belə bir medalın təsis olunması bizim o dövrdəki yanlışımız sayıla bilər”. Bu adam ozünü elə sayır ki, hətta Əbülfəz Elçibəyin atdığı bu addımı yanlışlıq sayır... 


Doğrudan da faciədir... Faciədir ki, içimizdə belələri vardır... Ona görə də Əbülfəz Elçibəy iqtidarı süqut etdi... Bu adam tez-tez bizim Azərbaycan Cümhuriyyəti dövrünə istinadlar edir və bizi də inandırmağa çalışır ki, Bütöv Azərbaycan iddiası xülyadlır, əslində, Azərbaycan elə şimal ərazilərdir və biz də Azərbaycan Cümhuriyyətindən uzağa getməyək... Bu əslində, millətin tarixinə, onun tarixi, coğrafi təfəkkürünə ən böyük xəyanətdir... Cümhuriyyətdən bizə 114 min kv.km ərazi qalmışdı... Onun nə qədərini saxlamışıq, Fazil bəy? Bu gün Dağlıq Qarabağda ermənilər məskunlaşırlar. Niyə Milli Məclisdə səs salmırsınız, Fazil bəy!!! Bu gün ölkədə “sülh” təbliğatı aparanlar bizə aşılayırlar ki, yaranan vəziyyətdən çıxış yolu yoxdur, biz “sülh”ə getməlyik... Buna qarşı niyə çıxmırsınız, Fazil bəy!!! Yapışmısınız, Şah İsmayıldan əl çəkmirsiniz...Bu sizin dinçi görüşlərinizdən irəli gəlir... Dinçi görüşlərinizdən irəli gəlməsəydi, onu da qəbul edərdiniz ki, Osmanlını çökdürən elə onun Türkçülükdən uzaqlaşması oldu... Mən sizə Faruk Sümerin təsbitlərindən balaca bir yeri təqdim edirəm: “XV əsrdə Dunaydan Ceyhuna qədər uzanan sahədəki türklər tək bir qövm olduqlarını bilir və oğuzların nəvələri olmaqdan qürur duyurdular. Bu qövmi şüur o qədər canli və qüvvətli idi ki, yuxarıda verilən bəzi misalların da göstərdiyi kimi, cəmiyyətin heç bir təbəqəsi, zümrəsi və xanədanlar onun təsiri xaricində qalmamışdı. Bu qövmi şüur xüsusilə oğuzların xatirələrini və adətlərini yaşatmaq və türk dilinə qiymət verməkdə təzahür edirdi. Bu qövmi şüurun canlanması türkmanların XV əsrdə qazandıqları böyük siyasi müvəffəqiyyətlərlə yaxından əlaqədardır. Heç şübhə yox ki, Səfəvilərin sarayı səlcuqlarınkına nisbətən daha türk xarakterli idi. Səfəvilərin dövlət təşkilatı öz sələfi olan Ağqoyunlularınkı ilə eyni idi, yalnız hərbi təşkilata osmanlıları təqlidən topçu və tüfəngçi alayları əlavə edilmişdi. Anadolu ilə İrandakı türklər arasında mədəni əlaqələr əsrlər boyu davam etdi. Bu işdə ozanların xələfləri olan aşıqlar xüsusilə böyük rol oynadılar. “Əsli və Kərəm”, “Arzu və Qəmbər”, “Şah İsmayıl”, “Aşıq Qərib” kimi İran türkləri arasında meydana gələn xalq ədəbiyyatı Anadolu türkləri tərəfindən əxz edilirdi. Əvəzində “Koroğlu” dastanı Anadoludan İrana keçdi və onların da milli dastanına çevrildi. Molla Nəsrəddin lətifələri də “Koroğlu” dastanı kimi İrana Anadoludan keçmişdir. bu da həqiqətdir ki, Şərqi Anadolu Səfəvi idarəsində qalsaydı bir müddət sonra orada ancaq türk dilində danışılacaqdı”. Siz tarixçi deyilsiniz, Fazil bəy!!! Hüquqüşünassınız. Sizin kimilər çoxdur. Öz sahəsində uğur qazana bilmirlər və tarixə girişirlər. Onda da yön verdikləri ideologiya ilə millətə ziyan vururlar. Siz dini məsələlər üzrə müdafiə edib, doktor olmusunuz. Buna görə də Xətaini Xomeyniçilikdə ittiham edirsiniz. Siz Səfəvi ideologiyası barədə Qərb mütəxəssislərinin yazdıqlarından xəbərsizsiniz. Siz yalnız dinçi Türkiyə mütəxssislərinin fikirlərini oxumuzunuz. Heç olmasa, Tufan Gündüz oxuyun... Onda görərsiniz ki, Qızılbaşlıq Türk ideologiyasını özündə əks etdirən və Tanrıçlığıa söykənən bir inanc sistemidir. Siz bunu qəbul edə bilməzsiniz. Çünki əməvi dini sistemi sizin beyninizi fəth edibdir. Fəth etməsəydi, İslam-Türk sistemi əlaqələrini öyrənərdiniz... Bu günki Xomeyniçilik isə Böyük Britaniyanın yaratdığı sistemdir!!! Yəqin kii, bunu bilirsiniz... Çünki Avropa Şurasında təmsil olunursunuz....


Sonda sizdən tələb edirik ki, bu millətin tarixi şəxsiyyətlərini aşağılamayın... Biz sizdən fərqli olaraq Bütöv Azərbaycan uğrunda mübarizə aparırıq... Əslində, siz bu fikrə qarşı getməklə xomeyniçiliyə xidmət edirsiniz... Bir də untmayın ki, Babək olmasaydı, Şah Xətai yetişməzdi... Şah Xətai olmasaydı, Nadir şah Əfşar ortaya çıxa bilməzdi... Nadir şah Əfşar olmasaydı, Ağa Məhəmməd şah Qacar yetişməzdi... Ağa Məhəmməd şah Qcar olmasaydı, M.Ə.Rəsulzadə yetişməzdi... M.Ə.Rəsulzadə olmasaydı Əbülfəz Elçibəy yetişməzdi... Bunları dərk etmək üşün Sadəcə tarixçi olmaq kifayətdir... Elçibəy tarixçi idi və bilirdi ki, bu ordeni niyə təsis edir!!! Bu orden Dağlıq Qarabağı silah yolu ilə azad edən Baş komandana, Azərbaycanın bütövlüyünü təmin edən liderə təqdim olunmalıdır!!! O gün bizim BİRLƏŞMƏ günümüzdür"!!!

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top